Azərbaycanla Əlcəzair arasında əlaqələrin perspektivləri müzakirə olunub

Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev Əlcəzair Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi Ammar Belani ilə görüşüb.

Polise.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Əlcəzair arasında qədim tarixi əlaqələrin olduğu, hazırda iki ölkənin liderlərinin möhkəm siyasi iradəsi sayəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzairə səfəri zamanı həmkarı Abdelmacid Tebbunla keçirdiyi görüş əlaqələrin genişlənməsində yeni mərhələnin başlanğıcı olub. Səfər zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlər hər iki ölkənin xalqlarının rifahına xidmət edir. Bu kontekstdə parlamentlər arasında, habelə neft-qaz sektorunda əməkdaşlığın sürətlə inkişaf etdiyi xüsusi vurğulanıb.

Görüş zamanı Azərbaycan və Əlcəzairin regional və beynəlxalq təşkilatlarda, o cümlədən ölkəmizin uğurla sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində əlaqələri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button