Aksiyanın 67-ci günü
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, aksiya gecə boyu davam edib.
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.
Ekofəallar aksiyanın 67-ci günündə havanın şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər. Hazırda havanın temperaturu -8 dərəcədir.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.