Şəkidə restorandan oğurluq edən və narkotiklərin dövriyyəsi iləməşğul olan şəxs saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər
sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Elçin Rüstəmzalov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a
verilən məlumata görə, şəxsi axtarış zamanı saxlanılan şəxsdən 50 qrama yaxın
tiryək aşkar edilərək götürülüb. E.Rüstəmzalovun ətrafında davam etdirilən
əməliyyat-istintaq tədbirləri ilə onun digər iki nəfər tanışı- əvvəllər dəfələrlə
məhkum olunmuş Ağdaş rayon sakini Rəcəb Babayev və Həbillah İbrahimovla
birlikdə rayon ərazisində yerləşən restorandan müxtəlif məişət əşyaları, kabel
oğurladıqları məlum olub. Onlar oğurladıqları həmin məişət əşyalarını əlvan metal
qəbulu məntəqəsinə sataraq əldə etdikləri pulu öz aralarında bölüblər. Keçirilən
tədbirlərlə digər iki nəfər də müəyyən edilərək təqsirləndirilən şəxs qismində
istintaqa cəlb ediliblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların digər hüquqazidd
əməllərdə iştirakının olub-olmaması araşdırılır.
Sinxron- Elçin Rüstəmzalov (saxlanılan şəxs )

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button