Nazir Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət
Eyvazov fevralın 15-də və 16-da Cəlilabad Rayon Polis Şöbəsində növbəti
vətəndaş qəbulu keçirib.  
Nazir əvvəlcə Cəlilabad şəhərindəki ümummilli lider Heydər Əliyevin
abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Biləsuvar,
Cəbrayıl, Cəlilabad rayonlarından qəbula gələn 225 vətəndaşın müraciətini
dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və
idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini  tapıb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis
orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı
keçirib.    
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək
arzusunda olan gənclər iştirak edib. 36-sı Vətən müharibəsi iştirakçısı, 4-ü isə
şəhid ailələrinin üzvləri olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 154
nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button