Qubada məktəblilər narkotikin fəsadları barədə maarifləndiriliblər

Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun 4 nömrəli tam orta məktəbində
keçirilən maarifləndirmə tədbirində narkomaniyanın fəsadlarından bəhs olunub.
“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin əməliyyat işləri üzrə
rəis müavini, polis polkovniki Bəhruz Bədəlov narkotik vasitələrin insanlar üçün yaratdığı
problemlərdən danışıb və narkotiklərin bir nəfərin yox, ümumiyyətlə cəmiyyətin problemi olduğunu
qeyd edib. B.Bədəlov Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi
genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb, onları sağlam gələcək naminə narkotik
vasitələrdən uzaq durmağa çağırıb.
Gənclərə daim diqqətli olmalarının, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər
haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat
vermələrinin vacibliyini bildirib.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button