Çexiyanın yeni seçilmiş prezidenti inaqurasiyadan sonra Slovakiya, Polşa və Almaniyaya gedəcək
Çexiyanın yeni seçilmiş Prezidenti Petr Pavel Münxen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərə bildirib ki, martın 9-na planlaşdırılan inaqurasiyadan sonra Slovakiya, Polşa və Almaniyaya səfər edəcək. Polise.az xəbər verir ki, Petr Pavel inaqurasiyadan sonrakı həftədə Slovakiya və Polşaya, martın 21-də isə Berlinə gedəcəyini söyləyib. Bunlar onun ilk üç xarici səfəri olacaq. O, həmçinin Ukraynanın dəstəklənməsində Qərbin birliyinin gücləndiyini qeyd edib. Onun sözlərinə görə, Ukraynaya yardım göstərilməsi məsələsində bəzi ölkələr bir müddət daha təmkinli mövqe tuturdularsa,