ABŞ Ukraynada hərbi cinayətlərin təqibinə kömək üçün vəsait ayıracaq
ABŞ Ukraynada hərbi cinayətlərin təqibinə kömək etmək üçün 28 milyon dollar ayırmağı planlaşdırır.
“Report”un məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib.
Onun sözlərinə görə, ABŞ Rusiyanın bəşəriyyətə qarşı cinayət törətdiyini rəsmən müəyyən edib:
“Ukrayna hakimiyyət orqanlarının, beynəlxalq və xarici məhkəmə fərdlərinin müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək səylərini dəstəkləmək üçün əlavə 28 milyon dollar ayırmaq üçün Konqreslə işləyirik”.
ABŞ prezidenti Cozef Baydenin administrasiyası rəsmi elan edib ki, Rusiya Ukraynaya hərbi müdaxilə zamanı insanlığa qarşı cinayətlər törədib.