Qubadakı yanğınları törədənlərin kimlikləri məlum oldu

Cari il sentyabrın 19-da və 20-də Quba rayonunun Dəlləkli kəndi ərazisində  kəndin 4 sakininə məxsus təsərrüfatlarda ot tayalarında yanğın hadisələri baş vermişdir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, yanğınsöndürmə briqadaları və polis əməkdaşları tərəfindən yanğınların qarşısı alınmışdır.

Yanğınların qəsdən törədilməsi şübhə doğurduğundan dərhal müvafiq araşdırmalara başlanılmışdır. 

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə yanğınların kənd sakini olan 3 yeniyetmə (azyaşlı olduqlarına görə adları açıqlanmır) tərəfindən törədilməsi müəyyən edilmişdir. Polis əməkdaşları tərəfindən aparılan söhbətlər zamanı onlar törətdikləri əməlləri səmimi etiraf etmiş, peşman olduqlarını bildirmişlər.

Qeyd edək ki, yeniyetmələr kənd sakinləri arasında şübhə doğurmamaq üçün   yanğınları törətdikdən sonra onun söndürülməsində fəallıq göstəriblər.

Faktlarla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button