NATO Əliyev-Paşinyan görüşünə REAKSİYA bildirdi
NATO Baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüşünü şərh edib.
Polise.az xəbər verir ki, Kolomina bu barədə tviter səhifəsində yazıb.
“Həqiqətən də gündəmə uyğundur. Cənubi Qafqazda sabitliyi təmin etmək üçün bu əsasdır. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır”, – deyə NATO rəsmisi qeyd edib.
Xatırladaq ki, fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Görüşdən sonra yerli telekanallara açıqlama verən Prezident İlham Əliyev danışıqların yaxşı keçdiyini, Ermənistanın mövqeyində tərəqqi olduğunu bildirib.