Almaniya İran diplomatlarını ölkədən qovdu

Almaniya iki İran diplomatını “persona non qrata” elan edərək onların ölkədən çıxmalarını tələb edib.

Polise.az xəbər verir ki, bu barədə məlumatı Almaniyanın xarici işlər naziri Annalena Berbok yayıb.

Almaniya İranda casusluq ittihamı ilə həbs olunan Cəmşid Şərməhdi məhkəmə tərəfindən edam hökmünə məruz qalmasına kəskin etirazını bildirib. Məhkəmə Almaniya vətəndaşı olan Cəmşid Şərməhdi barəsində ölüm hökmü çıxardıqdan dərhal sonra İranın Berlindəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub. İran səfirliyinin iki əməkdaşının “persona non qrata” elan edildiyi və onların ölkəni tərk etməli olduğu səfirin diqqətinə çatdırılıb.

Qeyd edək ki, Cəmşid Şərməhdi İranda terror aktları törətməkdə və ölkədə sabitliyi pozmaqda, eləcə də xarici dövlətlərin xüsusi xidmət orqanlarına casusluq etməkdə ittiham olunub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button