BQXK-nın səkkiz avtomobili Laçına gedib
Ekoaksiyanın iştirakçıları martın 15-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
Polisə.az xəbər verir ki, Xankəndidən Laçına doğru hərəkət edən BQXK-ya məxsus səkkiz minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.