Ərəb Dövlətləri Liqasının növbəti sammiti Səudiyyə Ərəbistanında keçiriləcək


Ərəb Dövlətləri Liqasının (ƏDL) növbəti sammiti Səudiyyə Ərəbistanında keçiriləcək.

Polisə.az  xəbər verir ki, bu barədə təşkilatın baş katibinin köməkçisi Husam Zəki məlumat verib.

“Ərəb Liqasının 32-ci sammitinin mayın 19-da Səudiyyə Ərəbistanında keçirilməsi gözlənilir. Tarix Ərəb Liqasının baş katibi Əhməd Əbul-Qeytlə sammitin həmin gün keçirilməsinə razılıq verən krallıq hökuməti arasında məsləhətləşmələrdən sonra müəyyən edilib”, – deyə Husam Zəki bildirib. O qeyd edib ki, sammitdən əvvəl nazirlər səviyyəsində bir neçə hazırlıq iclası keçiriləcək.

Bundan əvvəl Krallığın Xarici İşlər Nazirliyi Ər-Riyadın sammitə ev sahibliyi etməyə hazır olduğunu bildirsə də, dəqiq tarix məlum deyildi.

Xatırladaq ki, Ərəb Dövlətləri Liqasının əvvəlki sammiti ötən ilin noyabrında Əlcəzairdə keçirilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button