“Aİ Rusiyaya qarşı təzyiqi davam etdirəcək”
“Avropa İttifaqı (Aİ) Ukraynanın müdafiəsinə dəstəyi davam etdirməyə sadiqdir”.
Polise.az xəbər verir ki bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borell Brüsseldə ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuata açıqlamasında deyib.
O vurğulayıb ki, Aİ bu müharibəyə görə Rusiyaya qarşı kollektiv təzyiqi saxlamağa davam edəcək.
“Biz bacardığımız hər şeyi edirik, Ukraynanın qələbə çalması üçün hərbi, siyasi və maliyyə dəstəyi veririk”, – o əlavə edib.