PKK 14 mayda Türkiyədəki seçkilərə qatılır

Ankaranın rəsmi tələbinə baxmayaraq, Berlin rəhbərliyi bəzi bölgələrdə seçki qutularının qurulmasına icazə verməyib, lakin terror təşkilatı PKK-ya yaxınlığı ilə tanınan Yaşıl Sol Partiyası Almaniyanın Bavariya və Baden-Vürtemberq əyalətlərində, həmçinin paytaxt Berlində seçki büroları açıb və burada 14 may tarixində Türkiyədə keçiriləcək prezident seçkiləri üçün kampaniya aparır.

Musavat.com xəbər verir ki, Almaniyanın “Frankfurter Rundschau” qəzeti dərc etdiyi xəbərdə Yaşıllar Partiyasının Türkiyədəki seçkilərə müdaxilə etməyə çalışdığını etiraf edib və partiyanın həmsədri Rikarda Lanqın Ərdoğanın rəqiblərinə səs istədiyini bildirib.

Yaşıllar Partiyası sosial mediada “prezident seçkilərində Ərdoğana səs verməyin”, “parlament seçkilərində isə Yaşıl Sol Partiyasına səs verin” çağırışı edib.

Qəzet Almaniyada seçici fəallığının 2018-ci ildəkindən qat-qat yüksək olduğunu vurğulayaraq, Almaniyadakı seçicilərin mühüm kütlə olduğunu qeyd edib.

Yaşıllar Partiyasının səs istədiyi Yaşıl Sol Partiyasının üzvləri aprel ayında Düsseldorfda təşkil etdiyi yürüşdə terror təşkilatı lideri Abdullah Öcalanın azadlığa buraxılmasını tələb edib və yürüş zamanı terrorçu Cəmil Bayıkın səs yazısını səsləndiriblər. Bayık 14 may seçkilərinin əhəmiyyətini vurğulayaraq Kılıçdaroğluna səs istəyib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button