Şəmkirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Polise.az-a
verilən məlumata görə, avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin
edilməsi məqsədilə Şəmkir RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
rayon ərazisində tədbirləri davam etdirir.
Yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək
qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan tədbir zamanı sürücülük
hüququ olmadan, alkoqollu içki və ya narkotik vasitə qəbul etmiş vəziyyətdə
avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan,
avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər
müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Qayda pozanlar arasında
3 nəfər sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar,
tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən K. Məmmədov, H.
İsmayılov və V. Hümbətovun narkotik vasitədən istifadə etmələri məlum olub.
Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün
aidiyyəti məhkəməyə göndərilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button