Azərbaycan yaşıl enerjinin payının artması istiqamətində mühüm addımlar atır
Yaşıl texnologiya ekoloji mühafizə tədbirləri istiqamətində yeni üfüqlər açacaq. Yaşıl iqtisadiyyata keçid bir sıra problemlərin həllinə səbəb olacaq. Yaşıl iqtisadiyyat “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dəki beş mühüm istiqamətlərdən biri kimi müəyyənləşib.
Polise.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova mayın 22-də Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.
S.Qafarova qeyd edib ki, Azərbaycan yaşıl enerjinin payının artması istiqamətində mühüm addımlar atır. Arıq bir neçə beynəlxalq tərəfdaşlarla birgə bu istiqamətdə müvafiq layihələr həyata keçirilməyə başlanılıb. Azərbaycanın geniş enerji mənbələri ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu daha da artıracaq.
Polise.az