BMT Ukraynaya F-16 qırıcılarının tədarükü məsələsinə münasibət bildirib
BMT Ukraynada münaqişənin beynəlxalq hüququn müddəalarına uyğun olaraq sona çatmasını istəyərdi.
Polise.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dyujarrik Qərbin bir sıra ölkələrinin F-16 qırıcılarını Kiyevə təhvil vermək niyyətini şərh edərkən söyləyib.
“Bizim məqsədimiz BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və müvafiq qətnamələrə uyğun olaraq bu münaqişənin sona çatmasını görməkdir”, – deyə Stefan Dyujarrik bildirib.
Mayın 21-də ABŞ Prezidenti Cozef Bayden Xirosimada G-7 sammitinin yekunları üzrə mətbuat konfransında Qərbin ukraynalı pilotların dördüncü nəsil qırıcılardan, o cümlədən F-16-dan istifadə edə bilməsi üçün onlara təlim keçiriləcəyini söyləyib.
Habelə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan deyib ki, Vaşinqton hansı dövlətlərin Kiyevə F-16 təyyarələrini verəcəyi məsələsini yaxın aylarda məsləkdaşları ilə müzakirə edəcək. O xatırladıb ki, ABŞ administrasiyasına görə, bu qırıcılar Qərbin Ukraynanı əks-hücuma hazırlamaq üçün prioritet tədarüklər siyahısına daxil edilməyib.
Polise.az