Türkiyə daxilində və sərhədlərində terrora son qoymaqda qərarlıdır
Polise.az verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar NTV kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, ölkəsi Suriya ərazisində terror dəhlizinin yaradılmasının qarşısını alaraq, Suriyanın da ərazi bütövlüyünü qoruyub.
Nazirin sözlərinə görə, hazırda Suriyanın 3/1 terrorçuların nəzarəti altındadır. Akar, həmçinin Suriya tərəfi ilə koordinasiya mexanizmin yaradılmasına dair hazırlıq işlərinin də davam etdiyini əlavə edib.