Xarici işlər nazirləri ABŞ-da görüşəcək
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında danışıqların növbəti raundu iyunun 12-də ABŞ-da başlayacaq.
Polise.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Moldovada erməni icması ilə görüşündə bildirib.
Baş nazir qeyd edib ki, sabah Moskvada nəqliyyat kommunikasiyalarının açılması məsələləri üzrə üçtərəfli işçi qrupunun iclası keçiriləcək.
Polise.az