Oleksi Makeyev: Kaxovka bəndinin partladılması Ukraynaya 14 milyard dollar zərər vurub

Kaxovka su elektrik stansıyasının partladılması nəticəsində Ukraynaya 14 milyard dollara yaxın zərər dəydiyi ehtimal olunur.

Polise.az xəbər verir ki, Ukraynanın Almaniyadakı səfiri Oleksi Makeyev bu rəqəmi “Funke” media qrupuna müsahibəsində səsləndirib. Onun sözlərinə görə, bioloji resursların məhv olması səbəbindən balıqçılıq təsərrüfatı da ciddi zərərə uğrayıb və Xerson vilayətində balıqların kütləvi tələfat halları müşahidə edilib.

“Bu il Ukraynanın bərpasına 14,1 milyard dollar lazım olacaq. Onlardan 3,3 milyard dolları artıq büdcəyə köçürülüb”, – deyə səfir əlavə edib.

Oleksi Makeyev bəndin partladılması nəticəsində 20 min hektardan çox əkin sahəsinin uzun müddət istifadə olunmayacağını, həmin rayonlarda yerləşən taxıl anbarlarının çoxunun isə su altında qaldığını bildirib.

Xatırladaq ki, iyunun 6-da gecə saatlarında Kaxovka su elektrik stansiyasındakı bənddə partlayış baş verib. Ukraynanın Prezident ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak partlayışın Rusiya ordusunun 205-ci motoatıcı hissəsi tərəfindən törədildiyini deyib. İşğal altındakı Yeni Kaxovka şəhərinin Moskva tərəfindən təyin olunan meri Vladimir Leontyev isə parlayışa Ukrayna Silahlı Qüvvələrinin gecə zərbələrinin səbəb olduğunu iddia edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button