Borrel: Aİ 10 yeni ölkəni qəbul etməyə hazır olmalıdır

Avropa İttifaqı (Aİ) 10 yeni dövlətin ittifaqa daxil olmasına səbəb olacaq yeni genişlənməyə hazırlaşmalı və onların qəbulu üçün vaxt çərçivəsini razılaşdırmalıdır.

Polise.az xəbər verir ki, bu barədə Aİ xarici işlər nazirlərinin Toledoda keçirilən qeyri-rəsmi görüşündən sonra Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel bildirib.

“Genişlənmə ideyası bizim müzakirəmizin əsas mövzusu idi. Ukrayna Aİ-nin, Qərbi Balkanların da yeni üzvü olmalıdır. Ukraynadakı müharibə Aİ-nin genişlənməsi prosesini sürətləndirdi. Bu, ləyaqətə əsaslanan bir prosesdir, lakin eyni zamanda, düşünürəm ki, siyasi məqsədləri müəyyən etmək, prosesə təkan vermək yaxşı olardı. Bu, bizə də aiddir. Çünki biz 10 yeni Aİ üzvünü qəbul etməyə hazır olmalıyıq. Bu şərtlər daxilində müəyyən üfüqün müəyyənləşdirilməsi, qəbul üçün vaxt çərçivəsi bizə Aİ ölkələrinin və namizəd ölkələrin səylərini cəmləşdirməyə imkan verəcək”, – Borrel deyib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button