Türkiyə Prezidenti: F-16-ların tədarükü ilə İsveçin NATO-ya üzvlüyü arasında heç bir əlaqə olmamalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən başa çatan G-20 sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ Prezidenti Co Baydenlə F-16 qırıcı təyyarələrinin tədarükü məsələsini müzakirə edib. O əlavə edib ki, bu tədarükün müqabilində Ankaradan İsveçin NATO-ya üzvlüyü məsələsinin həlli istənilir. “Onlar başa düşməlidir ki, mən bu qərarı təkbaşına verə bilmərəm, məsələ parlamentdə ratifikasiya olunmalıdır. Eyni zamanda, İsveç də öhdəliyini yerinə yetirməlidir”, –deyə Türkiyənin dövlət başçısı vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan islamofobiya məsələsinə də toxunub. O, son zamanlar bəzi Qərb ölkələrində baş verən təxribat xarakterli hərəkətlər və müsəlmanların müqəddəs kitabı “Quran”ın nüsxələrinin yandırılması ilə bağlı narahatlığını ifadə edib, həmçinin ölkəsinin bu hallarla mübarizəni davam etdirəcəyini bildirib. “Təəssüf ki, demokratiya və insan haqlarını müdafiə edən ölkələrin əksəriyyəti bu vəhşilik qarşısında “üç meymun”u oynayır. Polisin himayəsi altında “Qurani-Kərim”in yandırılması açıq-aşkar təxribatdır, nifrət cinayətidir. Heç kim bizdən buna biganə qalmağı gözləyə bilməz”, –deyə o əlavə edib.

Türkiyənin dövlət başçısı bəşəriyyətin ortaq gələcəyi naminə bütün ölkələri islamofobiyaya qarşı daha qətiyyətli siyasət yürütməyə çağırıb. O diqqətə çatdırıb ki, Türkiyənin təklifləri və səyləri ilə G-20 bəyannaməsində müqəddəs kitablara edilən hücumlar da pislənilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button