Srebrenitsa soyqırımında hərbi cinayətlər törədən beş nəfər saxlanılıb

Bosniya və Herseqovinanın şərqindəki Srebrenitsa şəhərində 1995-ci ildə törədilən soyqırımında hərbi cinayətlər törətməkdə şübhəli bilinən beş nəfər saxlanılıb.

Polise.az  xəbər verir ki, Bosniya və Herseqovina Prokurorluğunun qərarı ilə təhlükəsizlik qüvvələri ölkənin müxtəlif şəhərlərində xüsusi əməliyyat keçirib. Əməliyyat çərçivəsində Bilesa, Sekoviç, Han Piyesak, Vlaseniça və Zvornik şəhərlərində mənzillərə və mülklərə basqın edilib. Nəticədə Srebrenitsa soyqırımında hərbi cinayət törətməkdə şübhəli bilinən 5 nəfər həbs edilib.

Xatırladaq ki, 1995-ci ilin iyulunda Srebrenitsa şəhəri və ətraf bölgələrdə bir neçə gün ərzində törədilən soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Qətliam zamanı mülki insanlar, xüsusilə də qadınlar və uşaqlar serb millətçiləri tərəfindən vəhşicəsinə öldürülüb, hadisə qurbanları kütləvi məzarlıqlarda dəfn olunub.

Potoçari Memorial Qəbiristanlığında indiyədək 6751 nəfər dəfn edilib. Faciədən 28 il keçməsinə baxmayaraq, soyqırımı qurbanlarının 1000-dən çoxunun cəsədi hələ də tapılmayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button