Sabunçu rayonunda həyat yoldaşını qətlə yetirən şəxs saxlanılıb

Sentyabrın 14-də saat 14:00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində evlərin birində 1974-cü il təvəllüdlü Zülfüqarova Xalidə Şirəli qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1960-cı il təvəllüdlü Məmmədov Şahniyar Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button