Çin Tayvan məsələsini ABŞ-la münasibətlərdə qırmızı xətt adlandırıb

Tayvan məsələsi ABŞ və Çin arasındakı münasibətlərdə keçilə bilməyən qırmızı xətt olaraq qalır.

Polise.az  xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla Maltada keçirilən danışıqlarda Çinin xarici işlər naziri Vanq Yi deyib.

“Tayvan məsələsi Çin və Birləşmiş Ştatlar arasındakı münasibətlərdə keçilə bilməyən əsas qırmızı xətdir. Birləşmiş Ştatlar üç birgə Çin-Amerika kommünikesinə riayət etməli və Tayvanın müstəqilliyini dəstəkləməmək öhdəliyini yerinə yetirməlidir”, – deyə Vanq Yi bildirib.

Onun sözlərinə görə, Çinin inkişafı qaçılmaz tarixi məntiqə uyğundur: “Bu səbəbdən onu dayandırmaq olmaz və Çin xalqı qanuni inkişaf hüququndan məhrum edilə bilməz”.

Qeyd olunur ki, tərəflər Çin və ABŞ liderlərinin Balidə əldə etdikləri konsensusun həyata keçirilməsini davam etdirmək, iki ölkə arasında yüksək səviyyəli mübadilələri davam etdirmək və Asiya-Sakit okean regionunun işləri üzrə ikitərəfli məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button