Bakıda evdən 25 min manatlıq ətir oğurlanıb
Bakıda evdən 25 min manatlıq ətir və 2 ədəd saat oğurlanıb.
Bu barədə Polise.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 25 min manat dəyərində ətir və 2 ədəd saat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə sentyabrın 16-da rayon ərazisində yerləşən hamamdan 4400 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini H. Eyvazov müəyyən olunaraq saxlanılıb.
Hər iki fakt üzrə araşdırma aparılır.
Polise.az