Şirvan sakinindən “Makarov” markalı tapança götürülüb

Şirvan şəhər sakinindən “Makarov” markalı tapança götürülüb.

Bu barədə  Polise.az –a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş İlham İsmayılov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 6 ədəd patron və 1 ədəd patron darağı aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button