Ağ ev Kremlə cavab verib: “Putin bizi üstələyə biləcəyini düşünürsə, yanılır”
Ağ ev Kremlin Qərbin Ukraynaya yardımdan yorğunluğunun artacağı və Kiyevin Qərb tərəfdaşları arasında ziddiyyətlərin artacağı ilə bağlı iddialarını rədd edib.
“Report” “C-SPAN”a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə deyib.
Jan-Pyer rusiyalı həmkarına Ukraynanın arxasında güclü ittifaqın olduğunu xatırladıb:
“Ukraynanın arxasında güclü, çox güclü beynəlxalq koalisiya var. Əgər Putin bizi üstələyə biləcəyini düşünürsə, yanılır”.
O həmçinin bildirib ki, Vaşinqton tezliklə Ukraynaya yeni yardım paketi elan edəcək.
Xatırldaq ki, daha öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “müxtəlif ölkələrin, o cümlədən ABŞ-nin Kiyev rejiminə tamamilə absurd sponsorluqdan yorğunluğunun artacağını” demişdi. Onun fikrincə, “bu yorğunluq siyasi isteblişmentin parçalanmasına və ziddiyyətlərin artmasına gətirib çıxaracaq”.
Polise.az