Türkiyənin gənclər və idman nazirinin müavini Fərid Qayıbovla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Türkiyə Respublikası gənclər və idman nazirinin müavini Enes Eminoğlunu qəbul edib.

Nazirliyin mətbuat xidmətindən  olise.az  Polise.az-a verilən məlumata görə, qonağı salamlayan nazir iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, gənclər və idman sahələrində də əlaqələrin yüksək səviyyədə olduğunu və günbəgün daha da inkişaf etdiyini qeyd edib.

Son illərdə Azərbaycanda gənclər sahəsində görülən işlər və qazanılan uğurlar barədə qonaqlara məlumat verən nazir ölkələr arasında əlaqələrin inkişafında gənclərin rolunun önəmli olduğunu qeyd edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında gənclər və idman sahələrində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Qəbulda gənclər və idman nazirinin müavini Mariana Vasileva və Türkiyə Böyük Millət Məclisinin üzvü Rümeysa Kadak da iştirak ediblər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button