Ukrayna Milli Vəkillər Kollegiyası ilə əməkdaşlıq daha da gücləndirilir

Londonda səfərdə olan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov Ukrayna Milli Vəkillər Kollegiyasının vitse-prezidenti Valentin Qvozdiy ilə görüşüb. Görüş zamanı iki dost ölkənin vəkilliyi arasında son illər ərzində formalaşmış strateji əməkdaşlığın daha da möhkəmlənməsi barədə səmərəli müzakirə aparılıb.

Vəkillər Kollegiyasından  Polise.az -a bildirilib ki, görüşdə diqqətə çatdırılıb ki, ARVK bundan sonra da ukraynalı həmkarlarına bacardığı dəstəyi əsirgəməyəcək. Bildirilib ki, bu münasibət dostlarımız tərəfindən çox yüksək qiymətləndirilir. Eyni zamanda Valentin Qvozdiy ARVK-nın üzvlərinə salamlarını və xoş arzularını dilə gətirib.

Qeyd edək ki, ötən il müharibə səbəbi ilə Ukraynadakı vəkil həmkarlarımızın, onların ailələrinin ağır durumları və yardıma ehtiyacları nəzərə alınaraq, ayrı-ayrı vaxtlarda Azərbaycan vəkilləri ukraynalı həmkarlarına dəstək məqsədilə ianələr ediblər. Bundan başqa, Rəyasət Heyətinin iclasında da ARVK-nın Ukrayna Milli Vəkillər Kollegiyasına ianə etməsi ilə bağlı məsələyə də baxılaraq müsbət qərar verilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti İngiltərə və Uels Hüquq Cəmiyyəti (İUHC) ilə İngiltərə və Uels Vəkillər Kollegiyasının (İUVK) birgə dəvəti ilə “Hüquq İli”nin açılış mərasimində iştirak etmək üçün Londonda səfərdədir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button