Ermənilərin öldürdüyü və yaraladığı mülki əhalinin STATİSTİKASI – RƏSMİ

“Ermənistan silahlı qüvvələrinin ağır artilleriya silahlarından 27 sentyabr tarixindən hazırkı vaxtadək əhalinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 19 dinc sakin həlak olub”. 

Bunu Baş Prokuror Kamran Əliyev  Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə deyib. 

Onun sözlərinə görə, həlak olanlardan 14-ü kişi, 3-ü qadın, 2-si isə azyaşlıdır: “Həlak olan dinc sakinlərin 8-i Tərtər, 5-i Goranboy, 4-ü Ağdam, 2-i isə Füzuli rayon sakinləridir”.

O həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin təxtibatları nəticəsində yaralanan dinc sakinlərin sayı 63-dür:

“Onlardan 53-ü kişi, 6-sı qadın, biri isə azyaşlıdır. Yaralılardan 26-sı Tərtər rayon sakini, 14-ü Ağdam sakini, 10-u Ağcəbədi, 6-sı Füzuli, 2-si Goranboy, 2-si Bərdə, 1-i Daşkəsən, 1-i Xocalı, 1-i Cəbrayıl sakinləridir”.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button