Fələstinlilər Qüdsü satıblar
İsrailin Müstəqillik Bəyannaməsində “Yəhudi dövlətinin spiritual banisi” şəklində müraciət edilən Teodor Hertsl 1896-cı ildə İstanbula səfər edir. O, Sultan Əbdülhəmidin qəbuluna düşmək niyyəti ilə müraciət edir, lakin ona imtina edilir. O, Sultana yaxın olan polşalı Filip Nevlinski vasitəsilə ona müraciət edir ki, dünyanın ən varlı yəhudilərinin təmsilçisi olaraq bura gəlib: Osmanlı dövlətinin Avropaya olan borclarını ödəmək, onların lobbiçilik işinin qurulması və Avropa mətbuatının birbaşa Sultana xidmət etməsini təklif edirlər. Əvəzində isə Fələstinə yəhudi açılımı edilsin, burda onlara torpaqlar istənilən qiymətə satılsın və kiçik bir muxtar dövlət qurmalarına izn verilsin.
Polise.az xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev bildirib.
Alim qeyd edib ki, Sultan Əbdülhəmid buna kəskin etiraz edir, nəinki borclara görə, istənilən məbləğə Fələstində bir metr torpağın kiməsə verilməyəcəyini bildirir:
“Teodor Hertsl belə kəskin cavab gözləmirdi və o, polşalı dostuna deyir ki, əvvəl-axır bura yəhudilərin olacaq. Onun bu sözü yəhidlərin ən sevdiyidir: “Gün gələcək, türklər dilənçi vəziyyətinə düşəcək və dizlərimə qapanıb yalvaracaqlar”.
O, Vyana şəhərinə geri dönür və bütün varlı yəhudiləri 29-30 avqust 1897-ci ildə İsveçrənin Bazel şəhərinə toplantıya dəvət edir. Ən varlı yəhudilərin iştirak etdiyi bu toplantı zamanı Fələstin torpaqlarında “Yəhudi Milli Yurdu” yaradılması üçün proqram qəbul edilir. Proqram üzrə hər bir varlı yəhudinin üzərində yalnız bir iş dururdu: qiymətindən asılı olmayaraq, bacardıqca daha çox torpaq satın almaq. İlk zamanlar böyük torpaq sahələri olan fələstinlilər ikiqat qiymətə özlərinə məxsus əraziləri yəhudilərə satmağa başlayırlar. Hər torpaq rəsmi satış yolu ilə alındıqca ora yəhudi ailələri köçürülür. Say artıqca Sultan Əbdülhəmid buna qarşı 1898-cü ildə ciddi qərarlar qəbul edir:
1) Yəhudi millətindən olan şəxslərə torpaq satılmasın;
2) Xəzinədən fələstinlilərdən torpaq alınıb türklərin adına rəsmiləşməsi üçün pul ayrılsın.
3) Bu torpaqlara yəhudilərin köçüb yaşaması hüququ verilmir və Fələstinə gələn hər bir yəhudi 3 aydan artıq burada qala bilməz.
Yəhidlər bu qərardan sonra aşağıdakı addımları atırlar:
1) Pula həris fələstinlilər adına torpaqları sənədləşdirirlər;
2) Britaniya, Almaniya və Avstriya vətəndaşlığı alıb buranın pasportu ilə torpaq satın almağa başlayırlar”.
Alimin sözlərinə görə, Sultan bundan da xəbər tutur və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, əcnəbilərə ərazi və mülk alınmasını qadağan edən qərar verir:
“Eyni zamanda bütün Osmanlı ərazisində fəaliyyət göstərən səfirliklərə diplomatik nota göndərib, yəhudi əsilli şəxslərə viza verilməyəcəyini bəyan edirlər.
Yəhudilər artıq fələstinlilərdən kifayət qədər torpaq almışdılar. Hər bir fələstinli qızıl pul hesabına nəinki torpağını, evini belə satmağa hazır idi.
Yəhudilər Əbdülhəmid xanın bu qətiyyətini görüb ona qarşı müxalifəti maliyyələşdirməyə başladılar – həm Osmanlı paytaxtında, həm də torpaqlarını aldıqları fələstinlilər içərisində.
Lakin buna zaman lazım idi, yəhudilərin isə bu vaxtı yox idi. Onlar yenə Emmanuel Karasso adı Gənc Türklər Hərəkatında böyük nüfuza malik şəxsi Əbdülhəmid xanın yanına təkliflə göndərirlər: 20 milyon pul və Avropa dövlətlərinə olan borcun silinməsi. Lakin Sultan yenə “yox” cavabı verir.
Teodor Hertsl Osmanlı sarayında böyük pullar hesabına özünə tərəfdar toplayır və zamanla yəhudilər üzərində olan qadağaların aradan götürülməsinə nail olur.
Sonra isə Əbdülhəmid xan hakimiyyətdən uzaqlaşdırılır və 1908-1918-ci illərdə qısa fasilələrlə hakimiyyətdə olan, konstitusiyalı monarxiyanı əsas ideya kimi qəbul etmiş İttihad və Tərəqqi Partiyası Sultanın yəhudilərlə bağlı bütün qərarlarını ləğv edir. Nəticədə gələcək yəhudi dövlətinin ilk şəhəri Təl-Əviv 1300 ev və 1500 nəfərdən ibarət şəxslə salınır. Bununla da Fələstində yəhudilərin ilk böyük uğuru əldə edilir. Fələstində yəhudilərin pulu, ingilislərin silahı ilə onların qarantı olacaq türklər burdan uzaqlaşdırılır.
11 dekabr 1917-ci ildə Britaniya generalı Edmond Allenbi (Birinci Vikont) Qüds şəhərinə daxil olan kimi Səlahəddin Əyyubinin məzarına getmiş və demişdi: “Qalx və gör: Səlib yürüşü bitdi. Biz geri döndük və şəhər bizimdir”.
Bu torpaqlarda yəhudilərin dövlət qurmasının bir neçə səbəbi olub:
1) fələstinlilərin qızıla və pula hərisliyi
2) yəhudilərin çoxlu pulunun olması
3) ingilislərin Səlahəddinə qarşı kinlərinin qalması
4) Osmanlıların bu torpaqlardan uzaqlaşdırılması.
Bir sözlə, fələstinlilər bu torpaqları yəhudilərə satdılar.
Eyni zamanda İttihad və Tərəqqi Partiyasının da pula satıldıqlarını unutmayaq.
Sultan II Əbdülhəmid özü də qeyd edirdi ki, bir gün tarixçilər haqqımı verəcəklər, türk tarixçilər bunu etməsələr də, mütləq əcnəbi tarixçilər bunu edəcəklər.
Fələstinlilərin pula hərisliyi və yəhudilərin pullu olması bu gün bitməyən savaşın əsl səbəbidir.
Yeri gəlmişkən, dünyanın ən nəhəng simalarından olan Otto fon Bismark demişdi: “Dünyada 100 qram ağıl var. Onun 90 qramı Əbdülhəmiddə, 5 qramı məndə, digər 5 qramı isə başqa siyasət adamlarındadır”.
Polise.az