İmişli sakini qanunsuz saxladığı silahı polisə təhvil verib

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Polise.az-n məlumatına görə, şöbə əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayonun Bəcirəvan kənd sakini Q.İsmayılov qanunsuz olaraq saxladığı bir ədəd “TOZ-18” markalı yivli silahı könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Faktla bağlı araşdırmalar aparılır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button