İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Noyabrın 1-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Türkiyəyə səfər edəcək.

Polise.az  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən məlumat yayılıb.

Bildirilib ki, səfər çərçivəsində Hüseyn Əmir-Abdullahianın türkiyəli həmkarı Hakan Fidan ilə görüşü nəzərdə tutulur. Görüş zamanı başda İsrail-Fələstin qarşıdurması olmaqla, bölgədə baş verən son hadisələrin müzakirə edilməsi ehtimal olunur.

Türkiyə və İran XİN rəhbərlərinin mediaya birgə açıqlama vermələri gözlənilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button