Xətai rayonunda paytaxt sakini aşkarladığı silah-sursatı könüllü şəkildə polisə təhvil verib

Vətəndaşlarda olan döyüş silahlarının könüllülük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az -a bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakinlərindən biri aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil vermək istədiyini bildirib.

Polis vətəndaşın qeyd etdiyi ünvana gəlib və oradan 1 “Makarov” markalı tapança, 3 daraq, 108 müxtəlif çaplı patron, 2 əl qumbarası və 5 alışqan (zapal) aşkarlayıb.

Məlumat verən vətəndaşa qarşı heç bir cəza təhdidi görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün ona təşəkkür edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button