“Ölən” Arutyunyan Azərbaycanı hədələdi: “Gəncəyə raket zərbəsinin vurulması əmrini mən verdim”

Haqqında öldüyü xəbəri yayılan və sonradan ağır yaralandığı deyilən qondarma “Dağlıq Qarabağ” rejiminin “başçısı” Araik Arutyunyan Azərbaycanı hədələyib və yenə güclü zərbələr endirəcəyini deyib.

Bu barədə o, özünün Facebook səhifəsində yazıb.

Arutyunyan bildirib ki, onun əmri ilə Gəncəyə bir neçə raket zərbəsi endirilib.

Bundan əvvəl Arutyunyanın müşaviri Vəhram Poqosyan Azərbaycan Silahlı Qüvvələrinin Gəncədəki hərbi aerodromunun dağıdıldığını bildirmişdi.

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbərin təxribat xarakterli və yalan olduğunu açıqlayıb:

“Düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib”.

Haşiyə: Separatçı qurumun “rəhbəri” yəqun unudur ki, hazırda Azərbaycanla Ermənistan arasında müharibə gedir. Kənd və şəhərlərimizin düşmən tərəfindən atəşə tutulması versiyasını ölkəmizin siyasi rəhbərliyi istisna etməyib. Çünki ermənilərin faşist ideologiyası ilə yoğrulduğu heç kəsə sirr deyil. Sadəcə Xocalı soyqırımını xatırlatmaq yerinə düşər. Evləri dağılan sakinlərin dediyi kimi zərər görən evlər, infrastrukturlar  Azərbaycan əsgərinin ayağının tozuna dəyməz. Onların hamısı QƏLƏBƏdən sonra tezliklə bərpa ediləcək və yaxud yenidən tikiləcək. Əsas isə erməni işğalçılarının başını torpaqlarımızda əzmək və əzəli yurdlarımızı geri qaytarmaqdır. Bu missiyanı da Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu öz öhdəsinə götürüb.

Mənbə
konkret.az
Hamısını Göstər

Related Articles

Back to top button