ABŞ Ukraynaya 425 milyon dollar məbləğində yardım etməyi planlaşdırır

ABŞ administrasiyası noyabrın 3-də Ukraynaya 425 milyon dollar məbləğində yeni hərbi yardım paketini elan etməyi planlaşdırır.
Polise.az xəbər verir ki, bu barədə Reuters agentliyi amerikalı rəsmilərə istinadən xəbər yayıb.
Agentliyin məlumatına görə, paketə dron əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri üçün sursatlar daxil olacaq. Paketə əlavə ATACMS ballistik raketlərinin daxil olacağı gözlənilmir.
Polise.az



