Sabirabad rayon sakini qanunsuz saxladığı avtomat silahlı polisə təhvil verib

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz saxlanılan odlu silahların könüllü surətdə təhvil verilməsi ilə bağlı apardıqları profilaktiki tədbirlər nəticəsində rayon sakini qanunsuz saxladığı “AKM” markalı avtomat silahını polis şöbəsinə təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan  Polise.az -a bildiriblər ki, şöbənin əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan ov silahlarının aşkarlanması istiqamətində keçirilən tədbirlər zamanı isə beş nəfər rayon sakinindən sənədsiz ov tüfəngləri götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button