Aralıq dənizinin şərqində ABŞ silahlı qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb

ABŞ silahlı qüvvələrinə məxsus hərbi təyyarə Aralıq dənizinin şərqi üzərində təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.

Polise.az  TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, təlim uçuşu zamanı “fövqəladə vəziyyət” yaranıb, nəticədə təyyarə qəzaya uğrayıb. “Əminliklə deyə bilərik ki, uçuş sırf təlim məqsədilə həyata keçirilib, heç bir düşmənçilik əlaməti yoxdur”, – deyə açıqlamada vurğulanır.

Komandanlıq amerikalı hərbçilərin xəsarət alıb-almadığını və söhbətin hansı model təyyarədən getdiyini açıqlamayıb.

Qeyd olunub ki, hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button