Finlandiyadan sığınacaq istəyənlərin sayı xeyli artıb

Finlandiya Sərhəd Mühafizəsi qeyd edib ki, ölkəyə daxil olmaq üçün lazımi sənədləri olmayan insanlar hələ də sərhədə gəlib sığınacaq istəyirlər və onların sayı xeyli artıb.

Bu barədə  Polise.az Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, avqustun əvvəlindən 91 nəfər Finlandiyanın cənub-şərqindəki keçid məntəqələrinə lazımi səyahət sənədləri olmadan gəlib. Onların hamısı üçüncü ölkələrin vətəndaşları olub, Rusiyadan tranzit üçün istifadə edərək Suomidən sığınacaq istəyiblər.

Finlandiya sərhədçiləri qeyd ediblər ki, əvvəllər Rusiyadan olan həmkarları lazımi səyahət sənədləri olmayanları sərhəd-keçid məntəqələrindən buraxmırdısa, son aylarda vəziyyət kəskin şəkildə dəyişib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button