Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “ROKETSAN” şirkəti arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow – 2023” beynəlxalq sərgisində iştirak edir.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Polise.az-a məlumat verilib.
Bildirilib ki, nazirliyin rəhbər heyəti burada Türkiyə Müdafiə Sənayesinin “ROKETSAN” şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
“ROKETSAN” şirkətinin rəhbərliyi ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Polise.az