ABŞ “Abrams” tanklarını verəcək.

ABŞ Prezidenti Co Bayden Vaşinqtonun Ukraynaya “31 M1 Abrams” tanklarının verilməsi barədə qərar qəbul edildiyini təsdiqləyib.

O, bu barədə Ağ Evdəki çıxışı zamanı açıqlama verib.

C.Bayden bildirib: “Bu gün mən ABŞ-ın Ukraynaya 31 ədəd “Abrams” tankı göndərəcəyini elan edirəm. Bu, bir Ukrayna tank batalyonuna bərabərdir”.

Baydenin sözlərinə görə, “Abrams” tanklarının Kiyevə çatdırılması vaxt aparacaq, lakin ABŞ tezliklə Ukrayna Silahlı Qüvvələrinin ekipajlarını hazırlamağa başlayacaq.

Qeyd edək ki, bundan əvvəl Almaniya Ukraynaya “Leopard-2” tankları verəcəyini açıqlayıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button