ABŞ Çinə nüvə silahı imkanlarını genişləndirəcək məhsullar satmayacaq
ABŞ Çinə daha çox nüvə silahı istehsal etmək imkanları yaradacaq məhsullar satmayacaq.
Polise.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.
Çinin iqtisadi inkişafının ləngiməsi ilə bağlı sualı cavablandıran Amerika lideri bildirib ki, ABŞ Çinə zərər vermək niyyətində deyil:
“Etməyəcəyim şey, Çinin daha çox nüvə silahı istehsal etmək və müdafiə qabiliyyətini artıracaq məhsulları satmaqdır. Bu, əksəriyyətin regionda müsbət dəyişikliklər kimi gördüklərinə ziddir”.
Polise.az