ABŞ-da Azərbaycan və Türkiyə diplomatlarına hücum edən ermənilər həbs ediləcək

Sentyabrın 29-da ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindəki Cənubi Kaliforniya ştatında keçirilən “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı konfransda Azərbaycan və Türkiyə diplomatlarına hücum edən ermənilər həbs olunacaq.

Bu barədə Polise.az “TRT Haber”ə istinadən xəbər verir.

Qeyd edilir ki, Türkiyənin Vaşinqtondakı səfiri və Azərbaycanın Los Ancelesdəki baş konsulunun çıxış etdiyi tədbirdə radikal ermənilərin hücumu ilə bağlı istintaq davam edir.

Los Anceles Polis Departamentinin Ağır Cinayətlər Şöbəsinin baş müfəttişi türkiyəli diplomatların erməniəsilli bir qrup qadın və kişi tərəfindən binanın qarşısında döyüldüyünü qeyd edib. O, hücuma məruz qalan 3 nəfərlə bağlı araşdırma aparıldığını qeyd edib. İş ağır cinayət əməli kimi araşdırılır. Baş müfəttiş istintaqın nifrət, hücum və təhdid cinayətləri çərçivəsində aparıldığını bildirib.

Polis rəsmisi hadisənin ciddi narahatlıq doğurduğunu vurğulayıb. O, qeyd edib ki, müqəssirlər həbs olacaq.

“Son dərəcə narahatlıq doğuran hadisənin araşdırılmasında əsas məqsədimiz cinayəti törədən şübhəlini tapmaq, həbs etməkdir. Görüləcək çox iş var. Baş verən hadisələri çox ciddi qəbul edirik. Ona görə də bu məsələni yaxından araşdıracağıq”.

Qeyd edək ki, bir qrup erməni Azərbaycanın Los Anceles şəhərindəki konsulu Ramil Qurbanovu və Türkiyə təmsilçilərini hədəf alaraq Azərbaycan və Türkiyə əleyhinə təhqirlər səsləndirib.

Təxribat təxminən 10 dəqiqə davam edib.

Polis və təhlükəsizlik qurumunun əməkdaşlarının köməyi ilə təxribatçılar iclas salonundan çıxarılıb. Təxribatçı ermənilər hadisə yerindən qaçıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button