ABŞ düyməyə basdı: Türkiyə NATO-dan çıxa bilər?

Türkiyəyə qarşı sanksiya tətbiqi qüvvəyə mindiyi gündən Milli Müdafiə Nazirliyinin hər addımı izləniləcək. Bunun istər-istəməz strateji, hərbi və siyasi nəticələri var. Hətta Türkiyənin NATO ilə münasibətləri pozula bilər.

Bu açıqlama ilə rusiyalı yazar, təqaüddə olan polkovnik Oleq Faliçev çıxış edib

O.Faliçev qeyd edib ki, Ankara bu günədək ABŞ və NATO-nu İncirlikdən qovmağa cəsarət etməsə də, indi buna cavab vermək üçün səbəbləri var.

Türkiyənin bu sanksiyadan sonra ABŞ və NATO müttəfiqləri tərəfindən istehsal olunan silahları ala bilməyəcəyini deyən Faliçev, eyni zamanda, Ankaranın hər hansı bir danışıq apara bilməyəcəyini də vurğulayıb.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın vetosunu aradan qaldıraraq, 2021-ci il üçün müdafiə büdcəsinin layihəsini yenidən təsdiqləyib. Bu çərçivədə ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi gözlənilir.

Hamısını Göstər

Related Articles

Back to top button