ABŞ-ın bu alçaq hərəkətini unutmayacağıq – Yaycı

Türkiyə milləti və türk tarixi ABŞ-ın 2003-cü ilin 4 iyulunda əsgərlərimizə xəyanət etməsini heç vaxt unutmayacaq. Gəldiyimiz nöqtədə Türkiyə artıq qlobal oyunları pozan, regional oyun quran statusundadır.

Bunu türkiyəli ehtiyatda olan kontr-admiral Cihad Yaycı deyib.

“ABŞ Türkiyəyə gözdağı vermək və milli qürurunu əzmək üçün İraqın Süleymaniyyə şəhərində əsgərlərimizə qarşı xaincəsinə bir hərəkətə yol verdi. Əsgərlərimizə qarşı alçaqcasına edilən hərəkətin fotosu çəkilərək, mediaya ötürülmüşdü. Bunu heç vaxt unutmayacağıq”, – Yaycı qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button