ABŞ İrana qarşı sanksiyalarını genişləndirib

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və idarə heyətinin beş üzvünə İranda etiraz aksiyalarını təqib etdiklərinə görə sanksiya tətbiq edib.

Polise.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sanksiya siyahısında, həmçinin kəşfiyyat və təhlükəsizlik nazirinin müavini və İrandakı SEPAH-ın dörd yüksəkrütbəli komandiri də var.

“Böyük Britaniya və Aİ ilə koordinasiyada görülən bugünkü hərəkətlər rejimin qəddar repressiyalarının böyük hissəsini maliyyələşdirən SEPAH-ın əsas iqtisadi dayaqlarını və milli və əyalət səviyyəsində Tehranın repressiyalarını koordinasiya edən yüksək səviyyəli təhlükəsizlik rəsmilərini hədəf alır”, – bəyanatda deyilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button