ABŞ-nin iki generalı Ermənistandadır
ABŞ-nin 10-cu dağatıcı diviziyasının komandanı general-mayor Qreqori Anderson və ABŞ-nin Avropa və Afrikadakı qoşunlarının əməliyyat qərargahı rəisinin müavini, briqada generalı Patrik Ellis Ermənistanda səfərdədir.
Polise.az xəbər verir ki, məlumatı ABŞ-nin Ermənistandakı səfirliyi yayıb.
Bildirilib ki, generallar və ABŞ-nin İrəvandakı səfiri Kristina Kuinn “Days” təlim mərkəzində “Qartal-Tərəfdaş-2023” hərbi təlimlərinin gedişini müşahidə ediblər.
Qeyd edək ki, bu təlim sentyabrın 11-də başlayıb və 20-dək davam edəcək. Hərbi tədbirə ABŞ-nin 85, Ermənistanın isə 175 hərbçisi qatılıb.
Polise.az