ABŞ Ukraynaya 1,3 milyard dollarlıq yeni hərbi yardım paketi təqdim edib

ABŞ Ukraynaya daha 1,3 milyard dollarlıq hərbi yardım paketi təqdim edib.

Polise.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, yardım paketinə dörd NASAMS hava hücumundan müdafiə sistemi, “Phoenix Ghost” kamikadze dronları, “Switchblade” sursatları, minalardan təmizləmə və dron əleyhinə sistemlər və döyüş sursatları daxildir. Bu silahlar ABŞ tərəfindən sonradan Ukraynaya təhvil verilməsi üçün istehsalçılardan və ya tərəfdaşlardan alınacaq.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button