ABŞ Ukraynaya 325 milyon dollar dəyərində daha bir hərbi yardım paketi göndərir

ABŞ administrasiyası Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün mərmilərlə birlikdə 325 milyon dollar dəyərində hərbi yardım paketi göndərir.

Polise.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin yaydığı yazılı açıqlamada deyilir.

Blinkenin vurğuladığı kimi, paketə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək edəcək əlavə hava hücumundan müdafiə sursatları daxildir. Onun sözlərinə görə, silah və texnika ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından ayrılacaq.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button